Rusiya Prezidenti V.Putin adından Moskvada akkreditə olunmuş diplomatik missiya başçıların şərəfinə keçirilən təntənəli ziyafət barədə mətbuat üçün məlumat
28 noyabr 2007-ci il
Noyabrın 28-də Kreml Sarayının Georgiyevskiy zalında Moskvada akkreditə olunmuş diplomatik missiya başçıların şərəfinə keçirilən təntənəli ziyafətdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri P.Bülbüloğlu iştirak etmişdir.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin çıxışından sonra Səfir P.Bülbüloğlu dövlət başçısına yaxınlaşaraq dəvətə görə təşəkkürünü bildirmişdir. Səfir P.Bülbüloğlu Prezident V.Putinə onun çıxışında Rusiyanın beynəlxalq siyasətində MDB üzv-ölkələri ilə əlaqələrə prioritet verdiyi barədə bəyanatından məmnunluğunu ifadə etmişdir.
Səfir P.Bülbüloğlu Azərbaycan-Rusiya çoxşaxəli münasibətlərindəki müsbət dinamikasından danışmış və bu səpkidə Rusiya Müdafiə Naziri A.Serdyukovun hal-hazırda Azərbaycanda olduğunu qeyd etmişdir. Bundan əlavə, Səfir MDB-nin Dövlətlərarası Humanitar Şurası çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat vermiş və Azərbaycanın bu prosesdə fəal iştirak etdiyini qeyd etmişdir.
Prezident V.Putin öz adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə salamların çatdırılmasını xahiş etmiş və ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən razılığını bildirərək bu əlaqələrin, o cümlədən hərbi sahədə əməkdaşlığın dərinləşməsinin vacibliyini qeyd etmişdir.
Məlumat üçün bildirilməlidir ki, Rusiya dövlət başçısının iştirakı ilə bu cür təntənəli ziyafət ilk dəfə keçirilir.