"Azərbaycan Respublikası və Zimbabve Respublikası arasında diplomatik əlaqələrin qurulması haqqında Protokol"un imzalanması haqqında mətbuat üçün açıqlama

24 oktyabr 2008-ci il

2008-ci ilin oktyabr ayının 24-də Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində "Azərbaycan Respublikası və Zimbabve Respublikası arasında diplomatik əlaqələrin qurulması haqqında Protokol"un imzalanması keçirilmişdir. Protokol Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və səlahiyyətli səfiri c-b Polad Bülbüloğlu və onun Zimbabve həmkarı c-b Pelekezela Mpoko tərəfindən imzalanmışdır.