Moskvada "Azərbaycan 2008-ci ildə – Prezident seçkiləri və xarici siyasətin strategiyası" mövzusunda dəyirmi masanın keçirilməsi haqqında Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin mətbuat üçün açıqlaması
24 sentyabr 2008-ci il
24 sentyabr 2008-ci il tarixində Moskvada "Rusiya naminə vəhdət" Fondunun himayəsi altında "Azərbaycan 2008-ci ildə – Prezident seçkiləri və xarici siyasətin strategiyası" mövzusunda dəyirmi masa keçirilmişdir. Əsas məruzəçi qismində tədbirə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru, siyasi elmlər doktoru, professor Elxan Nuriyev dəvət edilmişdir.
"Rusiya naminə vəhdət" Fondunun prezidenti, Rusiya politoloji ekspert icmasının liderlərindən biri Vyaçeslav Nikonov dəyirmi masada giriş nitqi və yekun şərhləri ilə çıxış etmişdir. O, həm regional məsələlərdə, həm də ümumiyyətlə beynəlxalq həyatının problemləri əhatə edən daha geniş spektrdə Azərbaycanın oynadığı vacib rolunu vurğulamışdır. Natiqin təbirincə, məhz bu rol Azərbaycana və onun apardığı siyasətə olan böyük marağı oyadır.
E.Nuriyev sosioloji sorğuların nəticələrinə istinadən, Prezident İlham Əliyevin şəksiz liderliyini göstərərək toplaşanları Azərbaycanda seçkiqabağı vəziyyət ilə tanış etmişdir. Sonra o, müvafiq statistika bazasına müraciət edərək şəxsən dövlət başçısının və onun rəhbərliyi altında Azərbaycanın modernləşməsi və hərtərəfli inkişafı istiqamətində həyata keçirilən kursun əhali tərəfindən bu cür yüksək səviyyədə dəstəklənməsinin səbəblərini açıqlamışdır. Məruzəçi həmçinin öz milli mənafelərdən çıxış edən və eyni zamanda qlobal və regional qüvvələrinin də mövqeləri nəzərə alan Azərbaycanın çoxvektorlu xarici siyasətinin əsas prinsipləri ümumi şəkildə təsvir etmişdir.
Məruzə tədbirə qatılmış Rusiya ekspert icmasının nümayəndələri arasında geniş əks-sədanı doğurmuş və ətraflı fikir mübadiləsi üçün zəmin yaratmışdır. Müzakirələrin nəticələrinə dair iştirakçılar ümumiyyətlə öz kursu ilə uğurla inkişaf edən Azərbaycanın bölgəyə sabitləşdirici amil olmasını və Rusiya ilə Azərbaycan arasında qarşılıqlı əsasda faydalı strateji xarakter daşıyan münasibətlərin daha da inkişaf etdirilməsinin əhəmiyyətini təsdiq etmişdirlər.
Dəyirmi masada iştirak etmiş N.Zlobin, A.Yazkova, A.Karavayev, A.Zaqorski, V.Kuvaldin, M.Aleksandrov, Ə.Daşdəmirov, İ.Ağakişiyev və s. kimi ekspertlər, eləcə də Səfirliyin nümayəndələri ilə yanaşı, onun işi jurnalistlər, o cümlədən elektron KİV-in müxbirləri tərəfindən izlənilmişdir.