Azərbaycan Respublikası
Xarici İşlər Nazirliyinin
Mətbuat Xidməti
Bəyanat
22 oktyabr 2008-ci il
Fransanın Avropa İttifaqının prezidenti qismində bəyanatı anlaşmaz və məyusedicidir. Seçki prosesinin mahiyyəti və beynəlxalq müşahidəçilərin, o cümlədən Aİ nümayəndələrinin rəyi köklü şəkildə təhrif olunub, mövcud reallıqlar isə qərəzliliklə əvəz edilmişdir.
Hesab edirik ki, bu kimi qeyri-obyektiv yanaşma Azərbaycan xalqının idarəsini əks etdirmir, Azərbaycanla Aİ arasında mövcud münasibətlərin xarakterinə ziddir və etimadın güclənməsinə xidmət etməyəcəkdir.