Mətbuat üçün məlumat, 7 iyun, 2007-ci il
7 iyun 2007-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin Müavini X.A.Xələfov iki ölkə xarici işlər nazirlikləri arası məsləhətləşmələr çərçivəsində Rusiya Federasiyasının Stats-katibi, Xarici İşlər Nazirinin Müavini Q.B.Karasin ilə iki tərəfli münasibətlərin gündəliyində duran cari məsələlərin vəziyyəti və müxtəlif sahələrdə əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunmuşdur.
Xəzər dənizinin hüquqi statusuna dair RF-nın XİN-nin xüsusi tapşırıqlar üzrə Səfiri, Xəzər dənizi üzrə işçi qrupunun başçısı A.V.Qolovinlə danışıqlar aparılmışdır. Bundan əlavə, dövlət sərhədinin delimitasiyası üzrə komissiyasının Sədri A.N.Yakovenko ilə görüş keçirilmişdir.
Keçirilmiş görüşlərdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbül oğlu iştirak etmişdir.
8 iyun 2007-ci il tarixində X.Xələfovun iştirakı ilə Azərbaycan Respublikası Höküməti və Rusiya Federasiyası Höküməti arasında “Rusiya Federasiyası ərazisində Azərbaycan teleradio təşkilatlarının və Azərbaycan Respublikası ərazisində Rusiya teleradio təşkilatlarının yayım qaydaları və şərtləri haqqında” Sazişin hazırlanması məsələlərinə həsr olunmuş danışıqların keçirilməsi planlaşdırılıb.