Mətbuat üçün məlumat, 6 sentyabr, 2006-ci il
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu bildirmişdir ki, bu ilin sentyabrın 2-də “Rossiya” dövlət telekanalının “Vesti” informasiya proqramında Dağlıq Qarabağda tanınmamış separatçı rejiminə məxsus tədbirlərin işıqlandırılması faktı ilə əlaqədar Səfirlik tərəfindən sentyabrın 5-də Rusiya Xarici İşlər Nazirliyinə rəsmi etiraz notası göndərilmişdir.
Notada adıçəkilən reportajla bağlı qəti etiraz bildirilərək, onun dövlət telekanalında nümayiş etdirilməsinin bağlanmış ikitərəfli sazişlərə zidd olduğu, Rusiyanın ATƏT-in Minsk Qrupundakı Həmsədrliyinin bitərəflik prinsiplərinə uyğun olmadığı, Rusiya-Azərbaycan arasında əlaqələrə ziyan vurduğu qeyd olunmuşdur.
Təəssüflə bildirilmişdir ki, bu cür mənfi hadisələr iki ölkənin siyasi rəhbərliyi tərəfindən təmin olunmuş əməkdaşlığın uğurlu inkişafı fonunda baş verir. Məsələnin ciddiliyini nəzərə alaraq, gələcəkdə oxşar təzahürlərin qarşısının alınması üçün Rusiya tərəfdən müvafiq tədbirlərin görülməsi müraciət olunmuşdur.