AZƏRBAYCANIN RF-DAKI SƏFIRI

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin yeni saytına xoş gəlmisiniz!

Bizim sayt artıq uzun mütdətdir ki, strateji partnyorlara çevrilən Rusiya və Azərbaycan arasında münasibətlərin obyektiv şəkildə əks etdirilməsi, eləcə də bu münasibətlərin dinamikasının izlənilməsi, baş verən müxtəlif hadisələrə dövlətin mövqeyinin açıqlanması məqsədini daşıyır.....
  

XƏBƏRLƏR

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü>>>

Cari ilin 26 dekabr tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi tərəfindən “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və yeni il bayramları ilə əlaqədar təntənəli mərasim təşkil olunmuşdur. Tədbirdə Rusiyanın 40-dan artıq subyektində fəaliyyət göstərən diaspora təşkilatlarının rəhbərləri, tanınmış ziyalı həmvətənlər, Azərbaycanın Sankt-Peterburq və Yekaterinburq şəhərlərindəki Baş konsulları, aparıcı KİV təmsilçiləri, ümumilikdə isə 100 nəfərdən artıq şəxs iştirak etmişdir......>
  


Azərbaycanin Rusiyadaki Səfirliyində təqdimetmə mərasimi>>>

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi tərəfindən “YUNESKO-nun dünya mədəni irsinin şah əsərləri siyahısı Moskva şəhərində” adlı layihənin təqdimat mərasimi təşkil olunmuşdur. Səfirliyin “Qonaq evinin” akt zalında keçirilən həmin tədbirdə RF-də akkreditə olunmuş bir sıra səfirliklərin (Ukrayna, Bolqarıstan, Estoniya, Macarıstan, İordaniya, İsrail, Qırğızıstan və s.) mədəniyyət məsələləri üzrə müşavirləri, diplomatlar, YUNESKO-nun Moskva Bürosu, bəzi muzey, mədəniyyət mərkəzləri və fondlarının nümayəndələri, RF XİN-in IV departamenti və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin məsul əməkdaşları, səfirliyin humanitar məsələlər üzrə şöbəsinin diplomatları istirak etmislər.......>
  


Mərkəzi Klinikası Baş direktor müavini doktor Ceyhun Topçubaşovdan Azərbaycan Respublikasının Rusiya Dederasiyasındakı Fövqədə və Səlahətli Səfiri cənab Polad Bülbüloğlunun adına minnətdarlıq məktubu göndərilmişdir.>>>

Məktubda deyilir:

Məlumdur ki, Mərkəz Klinika Ümummilli Liderimiz Heydər Əliyev cənablarının təşəbbüsü əsasında yaradılmış bir tibb müəssisəsi kimi xalqımıza yüksək səviyyəli tibbi xidmətlər göstərilməsi və peşəkər kadrların yetişdirilməsi sahəsində çox əhəmiyyətli bir missiyanı üzərinə götürmüşdür. Klinikamız fəaliyyət göstərdiyi müddətdə qarşısına qoyulan vəzifələri ləyaqətlə yerinə yetirmiş və buistiqamətdə fəaliyyətimiz davam etməkdədir......>
  


Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT-AMOR) təsis konfransı keçirilmişdir>>>

Cari ilin 18 aprel tarixində RF-nin 60 subyektindən gəlmiş 300 nəfərə yaxın nümayəndənin iştirakı ilə Moskvanın “Forum Xolunda” Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT-AMOR) təsis konfransı keçirilmişdir. Konfransda Azərbaycandan dəvət olunmuş qonaqlar və Rusiyanın rəsmi dairələrinin təmsilçiləri, Səfirliyin diplomatları, ayrı-ayrı regionların diaspor təşkilatlarının rəhbərləri, eləcə də ən aparıcı KİV-lərin müxbir və jurnalist heyəti iştirak etmişlər......>
  


Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” ümumxalq səsverməsi>>>

Azərbaycan Respublikası Milli Məclisinin 26 dekabr 2008-ci il tarixli iclasında "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsinə dair Ümumxalq səsverməsinin (Referendumun) keçirilməsi haqqında" qərar qəbul edilib. Təklif olunan əlavə və dəyişikliklərin böyük qismi insan hüquq və azadlıqları ilə bağlı olub bu sahədə daha səmərəli təminat mexanizmləri formalaşdırmaq məqsədi daşıyır. Referendumla Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulur......>
  


Azərbaycan, Ermənistan və Rusiya Prezidentləri tərəfindən bəyannamənin imzalanmasi barədə mətbuat üçün açiqlama

2 noyabr 2008-ci il

Noyabrın 2-də Rusiya dövləti başçısının “Mayn Dorf” iqamətgahında, üçtərəfli formatda görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Prezidenti Serj Sarkisyan və Rusiya Prezidenti Dmitri Medvedev Bəyannamə imzalamışlar. .......>
  


"Azərbaycan Respublikası və Zimbabve Respublikası arasında diplomatik əlaqələrin qurulması haqqında Protokol"un imzalanması haqqında mətbuat üçün açıqlama

24 oktyabr 2008-ci il

2008-ci ilin oktyabr ayının 24-də Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində "Azərbaycan Respublikası və Zimbabve Respublikası arasında diplomatik əlaqələrin qurulması haqqında Protokol"un imzalanması keçirilmişdir........>
  


Azərbaycan Respublikası
Xarici İşlər Nazirliyinin
Mətbuat Xidməti
Bəyanat


22 oktyabr 2008-ci il

Fransanın Avropa İttifaqının prezidenti qismində bəyanatı anlaşmaz və məyusedicidir. Seçki prosesinin mahiyyəti və beynəlxalq müşahidəçilərin, o cümlədən Aİ nümayəndələrinin rəyi köklü şəkildə təhrif olunub, mövcud reallıqlar isə qərəzliliklə əvəz edilmişdir........>
  


Moskvada "Azərbaycan 2008-ci ildə – Prezident seçkiləri və xarici siyasətin strategiyası" mövzusunda dəyirmi masanın keçirilməsi haqqında Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin mətbuat üçün açıqlaması

24 sentyabr 2008-ci il

24 sentyabr 2008-ci il tarixində Moskvada "Rusiya naminə vəhdət" Fondunun himayəsi altında "Azərbaycan 2008-ci ildə – Prezident seçkiləri və xarici siyasətin strategiyası" mövzusunda dəyirmi masa keçirilmişdir. Əsas məruzəçi qismində tədbirə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru, siyasi elmlər doktoru, professor Elxan Nuriyev dəvət edilmişdir........>
  


28.03.2008 tarixində Moskvada MDB ölkələri İnstitutu tərəfindən keçirilmiş "Kosovodan sonra: tanınmamış dövlətlərin birliyi tanınmağa doğru yolda" adlı beynəlxalq konfransa Azərbaycanın işğal edilmiş ərazilərində fəaliyyət göstərən qondarma rejimi nümayəndələrinin dəvət edilməsi ilə bağlı Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin mətbuat üçün açıqlaması>>>

7 aprel 2008-ci il

28.03.2008 tarixində Moskvada RF Dövlət Dumasının MDB məsələləri və həmvətənlərlə əlaqələr üzrə Komitəsi sədrinin birinci müavini K.Zatulinin başçılıq etdiyi MDB ölkələri İnstitutu "Kosovodan sonra: tanınmamış dövlətlərin birliyi tanınmağa doğru yolda" adlı beynəlxalq konfrans keçirilmişdir. Həmin konfransa Azərbaycanın işğal edilmiş ərazilərində fəaliyyət göstərən qondarma rejimin nümayəndələri dəvət edilmiş və RF hakimiyyət orqanlarının nümayəndələri iştirak etmişdir........>
  


"Ильхам Алиев. Биография продолжается..."təqdimatı keçirildi>>>

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi ilə birgə V.Andriyanov və H.Mirələmovun "Ильхам Алиев. Биография продолжается..." kitabının təqdimetmə mərasimi təşkil olunmuşdur.......>
  


Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatı>>>

30 yanvar 2008-ci il

Carı ilin 29 yanvar tarixində Rusiya Federasiyasının Moskva şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyalarının növbəti 15-ci iclası keçirilmişdir........>
  


Rusiya Prezidenti V.Putin adından Moskvada akkreditə olunmuş diplomatik missiya başçıların şərəfinə keçirilən təntənəli ziyafət barədə mətbuat üçün məlumat>>>

28 noyabr 2007-ci il

Noyabrın 28-də Kreml Sarayının Georgiyevskiy zalında Moskvada akkreditə olunmuş diplomatik missiya başçıların şərəfinə keçirilən təntənəli ziyafətdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri P.Bülbüloğlu iştirak etmişdir........>
  


Ermənistanın Rusiyadakı Səfiri Armen Smbatyanın Ermənistan və Azərbaycandan olan ziyalılar qrupu nümayəndələrinin təşəbbüsünə dair söylədiyi fikirlərlə bağlı Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin press-relizi>>>

28 sentyabr 2007-ci il

Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh yolu ilə həlli prosesi ATƏT-in Minsk Qrupu çərçivəsində həyata keçirilir. Hələ ki əhəmiyyətli nəticələrin əldə olunmamasına baxmayaraq, Azərbaycan tərəfi sülh danışıqlarına sadiq qalır və münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində tezliklə nizamlanması məqsədilə konstruktiv səylərini həyata keçirməyə davam etdirir........>
  


Mətbuat üçün məlumat, 20 sentyabr, 2007-ci il>>>

15 sentyabr 2007-ci il tarixidə RF-nın "ORT" kanalı vasitəsilə nümayiş etdirilən «Lednikovıй Period» proqramında fiquristlər S.Savelyeva və A. Saxnovski tərəfindən «Armяnskaя svadьba» adlı rəqsin ifası zamanı Azərbaycan bəstəkarı Tofiq Quliyev "Sənə də qalmaz" mahnasının musiqisindən istifadə edilmişdir. Bu hadisə Azərbaycan ictimayyətinin haqlı narazılığına səbəb olmuşdur. Verlişdən dərhal sonra Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinə çoxsaylı məktublar və telefon zəngləri daxil olmuşdur........>
  


Class Art Rusiya beynəlxalq teatral-dramaturgiya layihəsi həyata keçirildi>>>

14-27 iyul 2007- ci il tarixlərində Moskvada Böyük Britaniya Səfirliyinin dəstəyi ilə qeyri kommersiya partnyorluğu İgra 3000, Moskva Sovremennik teatrı və Edinburq şəhərinin Travers teatrı tərəfindən təşkil olunmuş 13-16 yaşlı gənclər üçün Class Art Rusiya beynəlxalq teatral-dramaturgiya layihəsi həyata keçirildi.......>
  


Tretyakov qalereyasının 150 illiyinə həsr olunmuş "Lavka mira" tədbiri keçirildi>>>

29 iyun 2007- ci il tarixində Tretyakov muzeyinin qarşısında "Lavka Mira" unikal aksiya keçirildi. Bu aksiya çərçivəsində bir sıraya düzülmüş 150 skamyaların üzərində sülh mövzusuna dair müxtəlif rəssamlar öz əsərlərini nümayış etdirmişdirlər. Tədbirlə bağlı keçirilmiş mətbuat konfransında Tretyakov Qalereyasının Baş Direktorun müavini Marina Elzesser aksiyanın Tretyakov qalereyasının 150 illiyinə həsr olunduğunu qeyd etmişdir.......>
  


Moskvada A.Şilov adına Qalereyada Murad Adıgözəlzadənin konserti keçirildi>>>

28 iyun 2007-ci il tarixində "Moskva malikanələrində və saraylarında musiqili yay" klassik musiqi festivalı çərçivəsində A.Şilov adına qalereyada Moskva Dövlət Akademik Filarmoniyasının solisti, Azərbaycan Respublikasının əməkdar artist Murad Adıgözəlzadənin konserti keçirilmişdir.......>
  


Moskvada "Gənclər müasir dövrdə. Beynəlxalq əməkdaşlığın inkişafı yolları" mövzusuna dair dəyirmi masa keçirilmişdir>>>

26 iyun 2007 - ci il tarixində Moskva şəhəri ailə və gənclər siyasəti üzrə Departamenti və Rusiya Gənclər İttifaqı tərəfindən təşkil olunmuş "Gənclər müasir dövrdə. Beynəlxalq əməkdaşlığın inkişafı yolları" mövzusuna dair dəyirmi masa keçirilmişdir.......>
  


Növbəti futbol turnirinə start verildi>>>

23 iyun 2007-ci il tarixində Moskva şəhərinin “Dinamo” stadionunda şəhərin meri cənab Y.Lujkovun himayəsi altında təşkil olunmuş millətlərarası futbol liqasının ilk görüşləri keçirilmişdir.......>
  


Fövqəladə Hallar Nazirliyi üçün mütəxəssis hazırlıgı davam edir.>>>

23 iyun 2007-ci il tarixində Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Akademiyasında kursantların buraxılış mərasimi təşkil olunmuşdur. Mərasimdə RF-nin Fövqəladə Hallar Naziri cənab S.Şayqu, nazir müavinləri, 3 MDB ölkəsinin Moskvadakı Səfirliklərinin nümayəndələri, o cümlədən də Azərbaycan Səfirliyinin məsul əməkdaşı, KİV təmsilçıləri, çoxsaylı qonaqlar – hərbicilər iştirak etmişlər.......>
  


Moskva Dövlət Univresitetinin Məzunlara diplomarın təltif olunma mərasimi keçirildi>>>

22 iyun 2007-ci il tarixində, Lomonosov adına Moskva Dövlət Universitetinin Məzunlarına Diplomarının təltif olunma mərasimi keçirildi. Ənənəvi olaraq tədbirin açılışı MDU-nun himni və imperatriça Yelizavetanın universitetini təsis edilməsi barədə fərmanının səsləndirilməsi ilə başladı. Daha sonra, unversitetin rektoru V.Sadovniçiy və Rusiya sənaye işçiləri və iş adamları İttifaqının Prezidenti A.Şoxin çıxış etdilər.......>
  


İ.M.Seçenov adına Moskva Tibb Akademiyasının xarici tələbələrinin buraxılış gününə həsr olunmuş təntənəli mərasim keçirilmişdir>>>

21 iyun 2007-ci il tarixində İ.M.Seçenov adına Moskva Tibb Akademiyasının xarici tələbələrinin buraxılış gününə həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Mərasimdə RF-də akkreditə olunmuş çoxsaylı diplomatik korpus nümayəndəliklərin təmsilçilərilə yanaşı Azərbaycan Səfirliyin əməkdaşları da iştirak etmişdir.......>
  


Moskvada MDB dövlətlərinin humanitar sahədə əməkdaşlıq üzrə fondunun iclas keçirildi>>>

18-19 iyun 2007-ci il tarixlərində Moskvada görkəmli siyasətçilər, alimlər və ziyalıların iştirakı ilə MDB iştirakçı dövlətlərinin Humanitar sahədə əməkdaşlıq üzrə Fondunun İdarə heyətinin birinci iclası keçirilmişdir.......>
  


MDBMU (U) 58-ci tələbə buraxılış mərasaimi keçirilmişdir>>>

19 iyun 2007-ci il tarixində MDBMU (U) 58-ci tələbə buraxılış mərasaimi keçirilmişdir. Universitetın məzunları sırasında Azərbaycan Respublikasının nümayəndələri N.Əliyev, N.Qasımbekova və C.Talıbov olmuşdur. Əlaçılara diplomaları MDBMU-nun rektoru A.V.Torkunov və RF XİN-nin birinci müavini A.Ş.Denisov tərəfindən təqdim olunmuşdur. Son beş ildə ilk dəfədir ki Azərbaycanın Rusiyada təhsil alan tələbəsi əlaçı diplomuna nail olmuşdur. N.Əliyevə diplomun təqdim olunma mərasimində Azərbaycanıən Rusiyadakı Səfiri Polad Bülbüloğlu iştirak etmiş və qeyd etmişdir ki, Azərbaycanın XİN-yi N.Əliyevi MDBMU-nun əyani şöbəsində təhsil alınması üçün tövsiyyə edib.......>
  


Ümumrusiya Sərgi Mərkəzində Rus Dili Həftəsi>>>

10 - 14 iyun 2007-ci il tarixlərində Ümumrusiya Sərgi Mərkəzində Rusiya Pravoslav Kilsəsinin Patriarxı İkinci Aleksiyin xeyir-duası ilə “Peresvet” Pravoslav Fondu və “Avrasiya Tədqiqatları İnstitutu” inkişaf fondu tərəfindən təşkil olunmuş “Rus Dili Həftəsi” adlı festival keçirilir.......>
  


Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Azərbaycan bəstəkarlarının VIII qurultayı iştirakçılarına təbrik məktubu göndərmişdir.>>>

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Polad Bülbüloğlu Azərbaycan bəstəkarlarının VIII qurultayı iştirakçılarına təbrik məktubu göndərmiş, Azərbaycan müsiqisinin daim inkişaf etdirilməsində, onun dünyaya çatdırılmasında uğurlar və müvəffəqiyyətlər arzulamışdır. Bəstəkarların danılmaz əmək və zəhmətini vurğulayan Səfir, Azərbaycan mədəniyyətinə dövlət tərəfindən göstərilən qayğını, şəxsən cənab İlham Əliyevin daimi diqqət və dəstəyini xüsusən qeyd etmişdir.......>
  


Azərbaycan Səfirliyinin komandası MDBMİ-nin mini-futbol üzrə turnirində ikinci yer tutmuşdur>>>

10 iyun 2007 – ci il tarixində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutun (MDBMİ) idman kompleksində MDBMİ-nin rektoru, Anatoliy Vasilyeviç Torkunov kuboku üzrə Rusiya Gününə həsr olunmuş Vİ-cı mini-futbol yarışı keçirilmişdir. Turnirdə diplomatik nümayəndliklərin, RF-in xarici işlər nazirliyinin və MDBMİ-nin oyunçularından ibarət olan komandalar iştirak etmişdir.......>
  


Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin Müavini X.A.Xələfovun Rusiya Federasiyasının mədəniyyət və kütləvi kommunikasiya Nazirinin Müavini L.N.Nadirovla görüşü>>>

8 iyun 2007-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin Müavini X.A.Xələfovun Rusiya Federasiyasının mədəniyyət və kütləvi kommunikasiya Nazirinin Müavini L.N.Nadirovla görüşü keçirilmişdir.......>
  


Mətbuat üçün məlumat, 7 iyun, 2007-ci il>>>

7 iyun 2007-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin Müavini X.A.Xələfov iki ölkə xarici işlər nazirlikləri arası məsləhətləşmələr çərçivəsində Rusiya Federasiyasının Stats-katibi, Xarici İşlər Nazirinin Müavini Q.B.Karasin ilə iki tərəfli münasibətlərin gündəliyində duran cari məsələlərin vəziyyəti və müxtəlif sahələrdə əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunmuşdur........>
  

<< Rus dilində >>  


Azerbaycana humanitar hədiyyə>>>

05 may 2007-ci il tarixində “MDB ölkələrində humanitar məkan” layihəsi çərçivəsində MDB-nin İcra Komitəsi tərəfindən Azərbaycan kitabxanaları üçün humanitar hədiyyə kimi 298 dunya və rus yazıçısıının 9180 nüsxədən ibarət kitabı Bakıya göndəriləcəkdir.......>
  


“Rusiyada Azərbaycan diasporası – millətlər arası əlaqələrin aktual problemləri” mövzusunda dəirmi masa keçirilmişdir>>>

29 may 2007-ci il tarixdə Rusiya Dövlət Sosial Universitetində (RDSU) “Rusiyada Azərbaycan diasporası – millətlər arası əlaqələrin aktual problemləri” mövzusunda dəirmi masa keçirilmişdir.......>
  


28 may – Respublika Günü>>>

28 may 2007-ci il tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Sərirliyi tərəfindən Moskvanın “Mariott Roяlь Avrora” mehmanxanasında Azərbaycanın milli bayramı - “Respublika Günü” münasibətilə ziyafət mərasimi təşkil olunmuşdur.

Bayram əhval-ruhiyyəsində keçən ziyafətdə RF Prezidenti Administrasiyasının məsul əməkdaşları, Federasiya Şurasının senatorları, Dövlət Dumasının deputatları, Xarici İşlər Nazirliyi, MDB orqanları, Federal, Moskva və Moskva vilayəti Hökumətlərinin rəsmiləri, Moskvada akkreditə olunmuş səfirlər, konsullar, diplomatlar, Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbərliyi, görkəmli mədəniyyət, incəsənət, elm və din xadimləri, hüquq-mühafizə, miqrasiya xidməti orqanlarının, eləcə də təhsil və səhiyyə müəssisələrinin rəhbər işçiləri, diaspora, ictimai, həmçinin də beynəlxalq təşkilatların üzvləri, rus və xarici kütləvi informasiya vasitələri qurumlarının təmsilçiləri, ümumilikdə 300 nəfərədək qonaq iştirak etmişdir........>
  


Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Azərbaycana rəsmi səfər>>>

21-22 may 2007-ci il tarixlərində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Azərbaycana rəsmi səfər etmişdir. S.Lavrov Bakıda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Baş Nazir Artur Rəsizadə və xarici işlər naziri E.Məmmədyarovla görüşlər keçirmişdir........>
  


Mətbuat üçün məlumat, 18 may, 2007-ci il>>>

18 may 2007 il tarixdə Səfriliyin məsul işçiləri Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Departamentinin rəisi, A.V.Kelinlə görüşüb və 27 may 2007-ci il tarixinə planlaşdırılmış Azərbaycanın ərazisi olan Goranboy rayonunun tarixinə həsr olunmuş “Mravın səsi” konfrası ilə bağlı etiraz notasını təqdim etmişdir........>
  

<< Rus dilində >>  


Mətbuat üçün məlumat, 8 dekabr, 2006-ci il>>>

Azərbaycan Respublikasının Xaricdə Yaşayan Həmvətənlərlə İş üzrə Dövlət Komitəsinin Sədri Nazim İbrahimov Rusiya Federasiyasına səfəri zamanı dekabrın 8-də Rusiya Xarici İşlər Nazirinin müavini və stats-katibi Qriqoriy Karasinlə görüş keçirmişdir........>
  


Mətbuat üçün məlumat, 6 sentyabr, 2006-ci il>>>

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu bildirmişdir ki, bu ilin sentyabrın 2-də “Rossiya” dövlət telekanalının “Vesti” informasiya proqramında Dağlıq Qarabağda tanınmamış separatçı rejiminə məxsus tədbirlərin işıqlandırılması faktı ilə əlaqədar Səfirlik tərəfindən sentyabrın 5-də Rusiya Xarici İşlər Nazirliyinə rəsmi etiraz notası göndərilmişdir........>