Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin Müavini X.A.Xələfovun Rusiya Federasiyasının mədəniyyət və kütləvi kommunikasiya Nazirinin Müavini L.N.Nadirovla görüşü

8 iyun, 2007

8 iyun 2007-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin Müavini X.A.Xələfovun Rusiya Federasiyasının mədəniyyət və kütləvi kommunikasiya Nazirinin Müavini L.N.Nadirovla görüşü keçirilmişdir.

Görüş zamanı iki dövlət ərazisində teleradioyayımına dair məsələlər müzakirə olunmuşdur. Iki ölkə üçün əhəmiyyət kəsb edən bu vacib məsələ üzrə danışıqlar qarşılıqlı anlaşma mühitində keçirilmişdir. Görüşdə diplomatlar və aidiyyət dövlət qurumlarının ekspertləri iştirak etmişlər.