Moskvada "Gənclər müasir dövrdə. Beynəlxalq əməkdaşlığın inkişafı yolları" mövzusuna dair dəyirmi masa keçirilmişdir

26 iyun, 2007

26 iyun 2007 - ci il tarixində Moskva şəhəri ailə və gənclər siyasəti üzrə Departamenti və Rusiya Gənclər İttifaqı tərəfindən təşkil olunmuş "Gənclər müasir dövrdə. Beynəlxalq əməkdaşlığın inkişafı yolları" mövzusuna dair dəyirmi masa keçirilmişdir. Tədbirdə gənclər ictimayi təşkilatlarının, xarici tələbələr birliylərinin, xarici səfirliklərin və eləcədə Azərbaycan Səfirliyinin nümayəndələri iştirak etmişlər. Dəyirmi masa çərçivəsində gənclər siyasəti, dövlətlə gənclərin münasibətləri və sair məsələlər müzakirə olunmuş, Gənclər və Tələbələr Festivalına həsr olunmuş press-konfrans keçirilmişdir. Müzakirələrin nəticəsində iki və çoxtərəfli gənclər arası əməkdaşlığa dair qətnamə qəbul olunmuşdur.