Moskvada A.Şilov adına Qalereyada Murad Adıgözəlzadənin konserti keçirildi
2 iyul, 2007
28 iyun 2007-ci il tarixində "Moskva malikanələrində və saraylarında musiqili yay" klassik musiqi festivalı çərçivəsində A.Şilov adına qalereyada Moskva Dövlət Akademik Filarmoniyasının solisti, Azərbaycan Respublikasının əməkdar artist Murad Adıgözəlzadənin konserti keçirilmişdir.
Rusiyanın konsert səhnələrində tez-tez çıxış edən tanınmış azərbaycanlı piyanoçu bu festivalın və eləcədə "Payız müsiqili gecələri", "ARS LONGA" festivallarının daimi iştirakçısıdır. Bu yaxınlarda Murad Adıgözəlzadənin Moskva konservatoriyasının böyük zalında, Çaykovskiy adına konsert zalında, Voronej Dövlət Filarmoniyasında, A.Şilov adına qalereyeda konsertləri keçirilmişdir.
Bu dəfə virtuoz ifaçı və səmimi lirik Murad Adıgözəlzadə tamaşaçılara yeni əsərlərdən ibarət olan proqramı – Robert Şumanın "Karnaval" və S.Raxmaninovun "Rəsmlər etyudları" təqdim etmişdir.
Konsertdə musiqi sevənlər, Rusiya ictimayyətinin numayəndələri, Azərbaycan Səfirliyinin əməkdaşları və Azərbaycan diasporasının nümayəndələri iştirak etmişlər.