İ.M.Seçenov adına Moskva Tibb Akademiyasının xarici tələbələrinin buraxılış gününə həsr olunmuş təntənəli mərasim keçirilmişdir

22 iyun, 2007

21 iyun 2007-ci il tarixində İ.M.Seçenov adına Moskva Tibb Akademiyasının xarici tələbələrinin buraxılış gününə həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Mərasimdə RF-də akkreditə olunmuş çoxsaylı diplomatik korpus nümayəndəliklərin təmsilçilərilə yanaşı Azərbaycan Səfirliyin əməkdaşları da iştirak etmişdir. Məzunlar Hippokrat andı içmiş, Akademiyanın rektoru akademik M.A.Paltsev, mərasimə dəvət olunmuş bir çox rəsmi qonaqlar müxtəlif ölkərədə fəaliyyətə başlayacaq gələcək həkimlərə öz xoş arzularını bildirmişlər. Hal-hazırda müxtəlif ixtisaslar üzrə Akademiyanın ayrı-ayrı kurslarında dövlət xətti ilə 13 nəfər azərbaycanlı gənc müvəffəqiyyətlə təhsil alır.