Ümumrusiya Sərgi Mərkəzində Rus Dili Həftəsi

13 iyun, 2007

10 - 14 iyun 2007-ci il tarixlərində Ümumrusiya Sərgi Mərkəzində Rusiya Pravoslav Kilsəsinin Patriarxı İkinci Aleksiyin xeyir-duası ilə “Peresvet” Pravoslav Fondu və “Avrasiya Tədqiqatları İnstitutu” inkişaf fondu tərəfindən təşkil olunmuş “Rus Dili Həftəsi” adlı festival keçirilir.

“Rus dili” fenomeninin tədqiqatı və inkişafı məqsədi ilə keçirilən bu festivalda musiqili, teatral, dini və elmi proqramlar nümayiş etdirilir.

12 iyun 2007-ci il tarixində Ümumrusiya Azərbaycanlılar Konqresinin təşəbbüsü ilə (ÜAK) Festivalda Azərbaycan Günü keçirilmiş, rus və azərbaycan dillərində Azərbaycan müəlliflərinin ədəbi və elmi əsərlərini nümayiş etdirən sərgi təşkil olunmuşdur. Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, Azərbaycanın Rusiya Federasiyasındakı Səfirliyinin və Bakı Slavyan Universitetinin əməkdaşları iştirak etmişlər. 157 saylı Azərbaycan etno-mədəni komponenti ilə fəaliyyət göstərən Moskva ümumtəhsil məktəb şagirdlərinin ifasında konsert proqramı qonaqlara təqdim olunmuşdur. Sonda rus dilinin MDB ölkələrində inkişafı məsələlərinə həsr olunmuş dəirmi masa keçirilmişdir.