“Rusiyada Azərbaycan diasporası – millətlər arası əlaqələrin aktual problemləri” mövzusunda dəirmi masa keçirilmişdir
29 may, 2007
29 may 2007-ci il tarixdə Rusiya Dövlət Sosial Universitetində (RDSU) “Rusiyada Azərbaycan diasporası – millətlər arası əlaqələrin aktual problemləri” mövzusunda dəirmi masa keçirilmişdir
Tədbiri giriş sözü ilə açan Universitetin beynəlxalq əməkdaşlıq məsələləri üzrə proprektoru Mixayil İvanoviç Kodin keçirilən dəirmi masanın Universitet rəhbərliyi tərəfindən aparılan Azərbaycanla əlaqələrin inkişafına yönədilmiş siyasət olduğunu bildirdi.
Azərbaycanın Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu geniş nitq söyləmiş, iki dövlət arasında qarşılıqlı anlaşmanın artması ilə nəticələnən bu kimi tədbirlərin gələcəkdə tez-tez keçiriləcəyinə ümid etdiyini bildirmişdir. Səfir birinci dərəcəli kavaler lentli Böyük Pyotr ordeni ilə təltif olunmuşdur.
Tədbirdə çıxış edən Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) icraçı direktoru Quliyev Eldar Qulam oğlu və Bakı Slavyan Universitetinin (BSU) rektoru Abdullayev Kamal Mehti oğlu RDSU və BSU arasında əlaqələrin və ən öncə tələbə mübadiləsi proqramlarının daha da inkişafıns etdiklərinin bildirmişlər
Sonda E.Q.Quliyev və M.İ.Kodin ÜAK və RDSU arasında əməkdaşlıq haqqında saziş imzalamış E.Q.Quliyev ikinci dərəcəli Qorçakov ordeni ilə təltif olunmuşdur.