Class Art Rusiya beynəlxalq teatral-dramaturgiya layihəsi həyata keçirildi

30 iyul, 2007

14-27 iyul 2007- ci il tarixlərində Moskvada Böyük Britaniya Səfirliyinin dəstəyi ilə qeyri kommersiya partnyorluğu İgra 3000, Moskva Sovremennik teatrı və Edinburq şəhərinin Travers teatrı tərəfindən təşkil olunmuş 13-16 yaşlı gənclər üçün Class Art Rusiya beynəlxalq teatral-dramaturgiya layihəsi həyata keçirildi.

Rusiyanın və MDB ölkələrinin məktəblərinin və uşaq evlərinin gənclərini cəmləşdirmiş bu layihədə Azərbaycanı üç istedadlı məktəblilər (Aydan Qafarova, Aysel Axundova və Tamerlan Məmmədov) təmsil etmişdir.

Rusiya və Şotlandiya dramaturqlarının rəhbərliyi altında (V.Leonov, M.Durnekov, A.Cefri və C.Leviks) gənclər kiçik pyeslər yazmış və həmin pyesləri Sovremennik teatrı səhnəsində tamaşaçılara nümayiş etdirmişlər. Sonda, Böyük Britaniyanın Moskvadakı Səfiri T.Breton gənclərə diplom və xatirə hədiyyələrini təqdim etmişdir.

Azərbaycan gənclərinin layihədə iştirakı Azərbaycanın Moskvadakı Səfirliyi və Respublikanın ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi tərəfindən dəstəklənmişdir.