Fövqəladə Hallar Nazirliyi üçün mütəxəssis hazırlıgı davam edir.
23 iyun, 2007
23 iyun 2007-ci il tarixində Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Akademiyasında kursantların buraxılış mərasimi təşkil olunmuşdur. Mərasimdə RF-nin Fövqəladə Hallar Naziri cənab S.Şayqu, nazir müavinləri, 3 MDB ölkəsinin Moskvadakı Səfirliklərinin nümayəndələri, o cümlədən də Azərbaycan Səfirliyinin məsul əməkdaşı, KİV təmsilçıləri, çoxsaylı qonaqlar – hərbicilər iştirak etmişlər. Mərasimdə təntənəli şəkildə digər məzunlarla yanaşı 6 nəfər həmvətənimizə (mayor R.Şeydayev, mayor M.Ağayev, mayor N.Osmanov, kapitan R.Abdullayev, kapitan Z.Bakirov və kapitan M.İsmayılov) də diplomlar təqdim olunmuşdur. Fərəhləndirici haldır ki, kapitan M.İsmayılov Akademiyanı əla qiymətlərlə bitirmiş, ona qırmızı diplom verilmiş, nazir S.Şayqu və Akademiyanın rəhbəri general P.Popov tərəfindən həmyerlimizin adı xüsusi qeyd edilmişdir. Növbəti tədris illərində Azərbaycan üçün dövlət xətti ilə həmin Akademiyada mütəxəssis hazırlığına kvota yerlərinin sayının artırılacağı barədə Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin departament rəhbəri məlumat vermişdir. Hal-hazırda Akademiyada daha 5 nəfər həmvətənimiz təhsil alır.