Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Azərbaycana rəsmi səfər
23 may, 2007
21-22 may 2007-ci il tarixlərində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Azərbaycana rəsmi səfər etmişdir. S.Lavrov Bakıda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Baş Nazir Artur Rəsizadə və xarici işlər naziri E.Məmmədyarovla görüşlər keçirmişdir.
Qafqaz müsəlmanları İdarəsinin sədri Şeyx-ül-İslam Allah Şükür Paşazadə ilə görüşb ona RF-nın Prezidenti V.Putin tərəfindən verilmiş iki xalq arası dostluq və əməkdaşlığın inkişafina görə Dostluq ordenilə təltif etmişdir. S.Lavrov BDU-nun müəllim və tələbələri ilə və Rusiyanın Azərbaycandakı Səfirliyində Rus icmasının nümayəndələri ilə də görüşümüşdür.
Keçirlmiş görüş və müzakirələrin əsas mövzuları siyasi, hərbi, iqtisadi və humanitar sahələrdə və universal və regional beynəlxalq təşkilatlar çərçivəsində ( MDB, BMT, ATƏT, Avropa Şurası) iki dövlət arası əlaqələrin inkişafı olmuşdur. S.Lavrov Ruisyanın gələcəkdə də Dağlııq Qarabağ probleminin ATƏT-in Minsk qrupu çərçivəsində həlli yollarının tapılmasına yardımçı olacağını bildirmişdir.