Tretyakov qalereyasının 150 illiyinə həsr olunmuş "Lavka mira" tədbiri keçirildi

2 iyul, 2007

29 iyun 2007- ci il tarixində Tretyakov muzeyinin qarşısında "Lavka Mira" unikal aksiya keçirildi. Bu aksiya çərçivəsində bir sıraya düzülmüş 150 skamyaların üzərində sülh mövzusuna dair müxtəlif rəssamlar öz əsərlərini nümayış etdirmişdirlər. Tədbirlə bağlı keçirilmiş mətbuat konfransında Tretyakov Qalereyasının Baş Direktorun müavini Marina Elzesser aksiyanın Tretyakov qalereyasının 150 illiyinə həsr olunduğunu qeyd etmişdir. Layihənin müəllifi Andrey Popovun sözlərinə görə həm rus həm də xarici rəssamlarının bir yerdə toplaşmaq imkanı yaradan bu aksiyada Tayvandan, Fransadan, Almaniyadan, Özbəkistandan və sair ölkələrdən xarici rəssamlar iştirak etmişlər.

Azərbaycanı bu tədbirdə Rəssamlar Ittifaqının üzvü Qüdrət Qurbanov və bu yaxınlarda tələbələr yaradıcılıq ümumrusiya festivalı cərçivəsində tətbiqi və ədəbi incəsənət müsabiqəsində laureat adını qazanmış Aygün Musayeva təmsil etmişlər. Oktyabr ayında skamyalar hərrac vasitəsilə satılacağı və əldə olunmuş pul vəsaitlərinə uşaq evləri nəzdində incəsənət mərkəzlərinin yaradılması nəzərdə tutulur.