Azərbaycan Səfirliyinin komandası MDBMİ-nin mini-futbol üzrə turnirində ikinci yer tutmuşdur
11 iyun, 2007
10 iyun 2007 – ci il tarixində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutun (MDBMİ) idman kompleksində MDBMİ-nin rektoru, Anatoliy Vasilyeviç Torkunov kuboku üzrə Rusiya Gününə həsr olunmuş Vİ-cı mini-futbol yarışı keçirilmişdir. Turnirdə diplomatik nümayəndliklərin, RF-in xarici işlər nazirliyinin və MDBMİ-nin oyunçularından ibarət olan komandalar iştirak etmişdir.
Yarışı MDBMİ-nin prorektoru, V.Vorobyev açmışdır.
Çexiya komandası üzərində 5-0 hesabı ilə, Latviya komandası üzərində 2-0 hesabı ilə, Qazaxstan komandası üzərində 1- 0 hesabı ilə və Almaniya komandası üzərində 2-0 hesabı ilə qələbə çalmış və final oyunda ötən ilin qalibi - Türkmənistan Səfirliyinin komandasına məğlub olan Azərbaycan Səfirliyinin komandası finala keçərək yarışda ikinci yer tutmuşdur.