Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Azərbaycan bəstəkarlarının VIII qurultayı iştirakçılarına təbrik məktubu göndərmişdir.
11 iyun, 2007
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Polad Bülbüloğlu Azərbaycan bəstəkarlarının VIII qurultayı iştirakçılarına təbrik məktubu göndərmiş, Azərbaycan müsiqisinin daim inkişaf etdirilməsində, onun dünyaya çatdırılmasında uğurlar və müvəffəqiyyətlər arzulamışdır. Bəstəkarların danılmaz əmək və zəhmətini vurğulayan Səfir, Azərbaycan mədəniyyətinə dövlət tərəfindən göstərilən qayğını, şəxsən cənab İlham Əliyevin daimi diqqət və dəstəyini xüsusən qeyd etmişdir.