Azerbaycana humanitar hədiyyə

1 iyun, 2007

05 may 2007-ci il tarixində “MDB ölkələrində humanitar məkan” layihəsi çərçivəsində MDB-nin İcra Komitəsi tərəfindən Azərbaycan kitabxanaları üçün humanitar hədiyyə kimi 298 dunya və rus yazıçısıının 9180 nüsxədən ibarət kitabı Bakıya göndəriləcəkdir. Elə həmin tarixdə MDB-nin icraçı katibi cənab V.B.Ruşaylo tərəfindən kitabların tam komplektlə rəsmi təqdim olunması gözlənilir. Kitabların, əsas etibarı ilə, Prezident kitabxanası, M.F.Axundov adına milli kitabxana, V.Q.Korolenko adına mərkəzi şəhər kitabxanası və N.Hikmət adına kitabxanasına paylanması nəzərdə tutulmuşdur.

Humanitar hədiyyənin çatdırılması üçün təşkilatı məsələlərin həllinə məsul “əlaqələndirici tərəf” kimi Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi, “qəbul edən tərəf” kimi isə Respublikanın Mədəniyyət və Turizm Nazirliyi müəyyənləşdirilmişdir. Hal – hazırda bütün təşkilatı işlər Səfirlik tərəfindən tamlıqla yekunlaşdırılmışdır.

Bu humanitar aksiyanın əsas məqsədi rus, eləcə də dünya klassiklərinin, yazıçılarının əsərləri ilə MDB ölkələrində yaşayan xalqları daha yaxından tanış etmək, bu ölkələrin kitabxana fondlarını zənginləşdirməkdən ibarətdir. 2007-ci ildə çap edilmış həmin kitabların hamısı rus dilindədir.