Növbəti futbol turnirinə start verildi

23 iyun, 2007

23 iyun 2007-ci il tarixində Moskva şəhərinin "Dinamo" stadionunda şəhərin meri cənab Y.Lujkovun himayəsi altında təşkil olunmuş millətlərarası futbol liqasının ilk görüşləri keçirilmişdir. Belorusiya, Kamerun, Makkabi, İnquşetiya, Kalmıkiya komandaları ilə bir qrupda çıxış edən Azərbaycan komandası Belaruş yığması ilə keçirdiyi ilk görüşdə 3:1 hesabı ilə qələbə qazanmışdır. Moskvada yaşayan həmyerlilərimizdən ibarət təşkil olunmuş komanda heyətində Səfirliyin 1 nəfər əməkdaşı da çıxış edir. Növbəti görüş 8 iyul 2007-ci il tarixində həmin stadionda Kamerun yığması ilə keçiriləcəkdir.