Moskvada MDB dövlətlərinin humanitar sahədə əməkdaşlıq üzrə fondunun iclas keçirildi
20 iyun, 2007
18-19 iyun 2007-ci il tarixlərində Moskvada görkəmli siyasətçilər, alimlər və ziyalıların iştirakı ilə MDB iştirakçı dövlətlərinin Humanitar sahədə əməkdaşlıq üzrə Fondunun İdarə heyətinin birinci iclası keçirilmişdir.
İclasda idarə heyətinin üzvü olan Azərbaycanın Rusiyadakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu iştirak etmişdir.
Səfir öz çıxışında MDB məkanında humanitar sahə mühüm sahələrdən biri olduğunu vurğulayaraq bu kimi fondun yaradılmasını vacib iş adlandırdı.
Səfir onu da qeyd etdmişdir ki, ötən illər ərzində humanitar sahədə əldə olunmuş nailiyyətləri qoruyub saxlamaq və hətta inkişaf etdirmək çox vacib məsələdir.