MDBMU (U) 58-ci tələbə buraxılış mərasaimi keçirilmişdir

19 iyun, 2007

19 iyun 2007-ci il tarixində MDBMU (U) 58-ci tələbə buraxılış mərasaimi keçirilmişdir. Universitetın məzunları sırasında Azərbaycan Respublikasının nümayəndələri N.Əliyev, N.Qasımbekova və C.Talıbov olmuşdur. Əlaçılara diplomaları MDBMU-nun rektoru A.V.Torkunov və RF XİN-nin birinci müavini A.Ş.Denisov tərəfindən təqdim olunmuşdur. Son beş ildə ilk dəfədir ki Azərbaycanın Rusiyada təhsil alan tələbəsi əlaçı diplomuna nail olmuşdur. N.Əliyevə diplomun təqdim olunma mərasimində Azərbaycanıən Rusiyadakı Səfiri Polad Bülbüloğlu iştirak etmiş və qeyd etmişdir ki, Azərbaycanın XİN-yi N.Əliyevi MDBMU-nun əyani şöbəsində təhsil alınması üçün tövsiyyə edib.

Səfir MDBMU-nun diplomu haqqında danışarkən fərəh hissi ilə xüsüsən qeyd etmişdir ki, bu kimi diplomla MDBMU-nun rektoru, xarici işlər nazirinin müavinin, xarici işlər naziri olmaqla yanaşı hətta ölkə Prezidenti olmaq olar. President İ.Əliyevin vaxtı ilə MDBMU-da təhsil aldığını qeyd edən Səfir Respublikanın idarəçiliyini uğurla həyata keçirməyi bu universitetdə eldə etdiyi biliklər imkan verir.