Mərkəzi Klinikası Baş direktor müavini doktor Ceyhun Topçubaşovdan Azərbaycan Respublikasının Rusiya Dederasiyasındakı Fövqədə və Səlahətli Səfiri cənab Polad Bülbüloğlunun adına minnətdarlıq məktubu göndərilmişdir.
31 avqust, 2009
Məktubda deyilir:
Məlumdur ki, Mərkəz Klinika Ümummilli Liderimiz Heydər Əliyev cənablarının təşəbbüsü əsasında yaradılmış bir tibb müəssisəsi kimi xalqımıza yüksək səviyyəli tibbi xidmətlər göstərilməsi və peşəkər kadrların yetişdirilməsi sahəsində çox əhəmiyyətli bir missiyanı üzərinə götürmüşdür. Klinikamız fəaliyyət göstərdiyi müddətdə qarşısına qoyulan vəzifələri ləyaqətlə yerinə yetirmiş və buistiqamətdə fəaliyyətimiz davam etməkdədir.
Bu yaxınlarda hörmtli prezidentimiz İlham Əliyev cənablarının Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin yaradılması və xəstəxanamızın həmin xidmətin struktur tebeçiliyinə verilməsi qarşımızda daha ciddi və məsuliyyətli vəziələr qoyur. Həmin vəzifələrin öhdəsində gəlmək üçün hərsahəli yenidənqurma işləri həyata keçirməklə yanaşı, burada fəaliyyət göstərən kadrların bilik və bacarıqlarının daha d artırılması zərurəti yaranmışdır. Bu məqsədlə Xidmətin rəisi hörmətli Akademik Cəmil Əliyevin şəxsi təşəbbüsü və himayəsi ilə 10 nəfər həkim əməkdaşımız Avstriya Respublikasında təkmilləşmə kurslarına göndəriləcək. Bu şəxslərin sənədləşmə işlərinin hazırlanması və müvafiq qydada viza alinması ancaq Avstriyanın Rusiya Federasiyasındakı səfirliyindən mümkün olduğu üçün işçimiz Dr. Bahadır Abbasov Moskvaya ezam edilmiş və oradakı Azərbaycan Respublikasının Səfirliyinə kömək üçün müraciət etmişdir.
Hörmətli Səfir, nəzərinəzə çatdırmağı özümə borc bilirəm ki, Səfirliyinizin əməkdaşları, xüsusən də birinci katib Hüseynov Hüseyn İsmayıl oğlu tərəfindən əsl vətənpərvərlik və peşəkarlıq nümayiş etdirilərək qısa müddətdə viza məsələləri həll edilmişdir.
Bütün bunlara görə başda Sizə və Səfirliyin bütün kollektivinə işçilərimiz və öz adımdan təşəkkürümü bildirirəm. Bu əməkdaşləğın uzun illər davam etməsi ümidi və arzuları ilə Sizə uzun ömür, can sağlığı, işlərinizdə müvəffəqiyyət arzulayıram.
Hörmətlə,
Baş Direktorun Müavini
Dr. Ceyhun Topçubaşov