"Ильхам Алиев. Биография продолжается..."təqdimatı keçirildi

15 fevral, 2007

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi ilə birgə V.Andriyanov və H.Mirələmovun "Ильхам Алиев. Биография продолжается..." kitabının təqdimetmə mərasimi təşkil olunmuşdur.

Mərasimdə dövlət, hökumət orqanları və RF XİN-nin rəsmiləri, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri xanım Leyla Əliyeva, nəşriyyat və mətbu orqanların rəhbərləri, xarici diplomatlar, təhsil müəssisələrinin rektorları, diaspora və gənclər təşkilatlarının nümayəndələri iştirak etmişlər.

Səfir Polad Bülbül oğlu giriş sözü ilə tədbiri açaraq kitabın müəlliflərini V.Andrianovu və H.Mirələmovu və "Molodaя qvardiя" nəşriyatının baş direktoru V.Yurkini kitabın nəşri ilə təbrik etmiş və eyni zamanda "JZL" silsiləsində 2 il bundan öncə Heydər Əliyev haqqında yazılan kitabın oxucular arasında böyük maraq kəsb etdiyini vurğuladı.

Müəllif V.Andriyanov kitabın yazılması haqqında maraqlı məlumat verdikdən sonra Heydər Əliyevlə görüşləri barədə öz xatirələri ilə bölüşdü.

Digər müəllif H.Mirələmov da öz növbəsində kitabın həyata vəsiqə qazanmasına görə "Molodaя qvardiя" nəşriyyatına, təqdimetmə mərasiminin yüksək səviyyədə təşkilinə görə Səfirliyə, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin başçısı Leyla xanım Əliyevaya və bütün qonaqlara minnətdarlığını bildirdi.

"Molodaя qvardiя" nəşriyyatının Baş direktoru cənab V.Yurkin nəşriyyat tərəfindən Azərbaycan liderlərinə göstərilən diqqəti vurğulayaraq nəşriyyatın hər zaman internasional olduğunu söylədi.

Tədbirdə çıxış edən cənab İlham Əliyevlə bir ali məktəbdə - MDBMİ(U)-da təhsil alan, "Russia Todey" telekanalının beynəlxalq-siyasi şərhçisi Aleksandr Qurnov, İTAR-TASS" Agentliyinin Baş direktorunun birinci müavini, cənab Mixail Qusman, İspaniyanın "El Correo" qəzetinin RF-dəki xüsusi müxbiri cənab Rafael Moreno Munieko, "Tribuna" qəzetinin Baş redaktor müavini cənab Rafael Hüseynov, vaxtilə cənab İlham Əliyevin müəllimi olmuş, ona "xüsusi kurs" çərçivəsində dərs demiş, tarix elmləri doktoru, professor xanım Natalya Kapitonova kitabı yüksək qiymətləndirərək onun rusiya oxucusu üçün böyük əhəmiyyətini vurğulamış, İlham Əliyevlə bağlı xatirələri ilə bölüşmüşlər.

Kitabın nüsxəsi, eləcə də "Baku" jurnalının birinci sayı qonaqlara hədiyyə olundu.